İQNA, "Russia Today"-a istinadən xəbər verir ki, Mərakeş Kino Mərkəzi "Cənnət xanımı" filminin yayımlanmasına icazə verməmək qərarına gəlib.
Bu mərkəzdən verilən məlumata görə, qərar şənbə günü, iyunun 12-də 6-cı kral Məhəmmədin sədrlik etdiyi Ali Elmi Şuranın mövqeyinə əsasən verilib. Bəyanatda əlavə olunub ki, Ali Elmi Şura rejissor Eli Kinqin və ssenari müəllifi Yasir Əl-Həbib tərəfindən çəkilən filmdə qeyd olunanları qətiyyətlə pisləyir. Çünki bu film, Mərakeş Krallığının konstitusiyasında göstərilən prinsiplərə ziddir.