İQNA-ya açıqlama verən Höccətül-İslam Seyid Vəhid Kaşani martın 2-3-də keçirilməsi planlaşdırılan görüşdə İran və Türkiyədən alim və mütəfəkkirlərin iştirak edəcəyini bildirib.
Konfransın məqsədi iki ölkənin ilahiyyatçıları arasında dialoq yaratmaq, akademik və elmi əməkdaşlığı inkişaf etdirməkdir.
Əl-Mustafa Universitetinin müəllimi beynəlxalq konfransın digər məqsədinin də “Mehdi düşüncəsini izah etmək” olduğunu bildirib.
Konfrans 2-3 mart tarixlərində İstanbulda hər iki ölkədən akademik və elm adamlarının iştirakı ilə 4 əsas mövzuda keçiriləcək: Quranda Məhdəviyyət, hədislərdə Məhdəviyyət, digər məzhəblərdə Məhdəviyyət və Sosioloji baxımdan Məhdəviyyət inancı.
Konfransdakı müzakirələri izləmək istəyənlər Əl-Mustafa Beynəlxalq Universitetinin YouTube kanalına müraciət edə bilərlər:
https://youtube.com/@ELMUSTAFAKURANTV?si=W۸WnF۷vMsUIZX۲Y
Əl-Mustafa Quran TV saytının linki
https://elmustafakurantv.com
4202528