IQNA

İranın Ankara səfirliyindən 6 fevral paylaşımı

9:13 - February 08, 2024
Xəbər sayı: 3495437
İQNA – İranın Ankaradakı səfirliyi fevralın 6-da baş verən zəlzələlərin ildönümü ilə əlaqədar başsağlığı mesajı dərc edib.

İranın Ankaradakı səfirliyi 6 fevral zəlzələlərinin ildönümü ilə əlaqədar başsağlığı mesajı dərc edib.

Mesajda aşağıdakı ifadələr yer alıb:

“6 fevral 2024-cü il qonşumuz Türkiyədə baş verən ağrılı zəlzələnin ildönümüdür. İran İslam Respublikası sözügedən zəlzələ ilə bağlı hiss olunan ağrı və dərin kədəri bölüşür və zəlzələ bölgəsindəki insanların yaralarını sağaltmaq, ağrılarını müəyyən qədər dindirmək üçün bütün gücü ilə Türkiyə hökumətinin yanında olan, köməyə gələn ilk ölkələrdən olub. Bu ağrılı hadisənin ildönümündə zəlzələdə həyatını itirənləri bir daha yad edir, Allahdan rəhmət diləyir, dost və qardaş ölkəmiz Türkiyə hökumətinin və xalqının dərdini ürəkdən paylaşırıq”.

captcha