IQNA

Quran surələri 5

Maidə surəsi və vədlərin yerinə yetirilməsi

23:34 - January 14, 2024
Xəbər sayı: 3495297
İQNA – Surədə verilən vədləri yerinə yetirməmək barədə xəbərdarlıq edir, vədlərə əməl etməyi və əhdlərə sadiq qalmağı vurğulayır.

Bu surədə bundan əlavə, Peyğəmbərimizin (s) vilayəti və canişini məsələsi də müzakirə edilir.

“Maidə” surəsi Mədinədə nazil olmuşdur. Onun 120 ayəsi var. Qurani-Kərimin ən uzun surələrinin sonuncusudur və Peyğəmbərin (s) ömrünün sonunda nazil olmuşdur.

Surədə bir sıra tərbiyəvi və islami inanclardan, həmçinin dini vəzifə və hökmlərdən bəhs edilir. Birinci hissədə Məhəmməd peyğəmbərdən (s) sonra vilayət və rəhbərliyə aid məsələlər, xristianların üçlük inancı, qiyamət və məada inamdan bəhs edilir.

İkinci hissədə vədəyə vəfa etmək, ictimai ədalət, ədalətə şahidlik etmək və insanların öldürülməsinin haram olması (Habilin Qabil tərəfindən öldürülməsi hekayəsi), həmçinin halal və haram qidaların izahı, dəstəmaz və təyəmmüm hökmlərinin bəzi hissələri yer alır.

Surə öz adını 114-cü ayədə qeyd olunan süfrə mənasını verən “maidə” sözündən almışdır. “Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey Rəbbimiz! Bizə göydən elə bir “maidə” (süfrə) nazil et ki, o, bizim üçün (həm birincimiz, həm də sonuncumuz üçün) ziyafət və səndən bir nişanə olsun. Bizə ruzi ver ki, sən ruzi verənlərin ən yaxşısısan”.

Əslində, Allah-Təalanın mərhəmətli olduğu, təqvalı, Allahdan qorxan və xeyirxah bəndələrin işini asanlaşdırdığı bildirilmişdir. Bundan əlavə, imamla ittifaqı pozan, fitnə-fəsad törədən, dində həddi aşan və əhdi pozan hər kəsi Allah şiddətlə cəzalandırır.

Bu səbəbdən bir çox ruzi, hədd, qisas, Həzrət İsa (ə) dövründəki Maidə əhvalatı, Həzrət Adəmin (ə) iki oğlunun əhvalatı, Bəni-israilin vədlərinə əməl etməmələri bu surədə qeyd edilir.

Surənin ayələrində insanlara minnət qoyur ki, dinlərini kamilləşdirib və nemətlərini tamamladığını bildirir. Onlara pak şeyləri halal, pisləri isə haram edir. Onun insanlara qoyduğu qaydalar və əmrlər onların paklığının mənbəyidir və sıxıntı yaratmır.

“Maidə” surəsində Rəsulullahın (s) vilayəti və canişinliyi məsələsinə aydınlıq gətirildi və kafirlər ümidsizliyə qapıldılar. Odur ki, hər kim bu surəni oxuyar və Həzrət Əlinin (ə) vilayətinə əməl edərsə, kafirləri ruhdan salar və beləliklə, onların sayı qədərində savab qazanar.

captcha