IQNA

Qurandan suallar / 2

İslam və iman arasındakı fərq

13:45 - January 05, 2024
Xəbər sayı: 3495246
İQNA – İslamın hüquqi tərəfi var və hər kim “Kəlimeyi-şəhadəti”ni oxuyarsa, İslamın ardıcılı olur və İslamın hökmləri ona şamil edilir. İman daxili bir şeydir. O, haqqı qəbul və təsdiq etməkdir.

“Hücürat” surəsinin 14-cü ayəsində belə gəlib: “Bədəvilər dedilər: “Biz iman gətirdik”. De: “İman hələ qəlblərinizdə yerləşmədiyi üçün siz ancaq təslim oldunuz. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, etdiyiniz heç bir şey boşa çıxmaz. Allah çox bağışlayandır, çox mehribandır”.

İman qəlbin bağlılığı, təslimiyyəti, etirafı və təsdiqidir; İslam isə Allah-Təalanın əmrlərinə təslim olmaq və ona əməl etməkdir.

İnsanın İslamı qəbul etmək üçün maddi meylləri və ya şəxsi maraqları ola bilər. İman isə elm və mənəvi motivlərdən qaynaqlanır.

Peyğəmbərimiz (s) İslamın görünən və aşkar bir məsələ olduğunu və imanın yerinin qəlbdə olduğunu bildirmişdir. (Məcməul-Bəyan, cild 9, səh. 138). Bəzi rəvayətlərdə “İslam” anlayışının şifahi etirafla məhdudlaşdığı bildirilir. İman əməllə birləşən imandır.

İman İslamın şərikidir, amma İslam imanın şəriki deyil. Yəni hər mömin müsəlmandır, amma hər müsəlman mömin deyil. İman qəlblərdə yerləşər. İslam miras, nikah və qan qohumluğu kimi qanunların ona uyğun tətbiq olunmasını təmin edir. (“Əl-Kafi”, 2-ci cild, səh. 24).

Nümunə Təfsiri, 22-ci cild, səh. 210-dan götürülüb.

Teqlər: İman ، İslam ، müsəlman ، mömin
captcha