IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 41

İmanı və Allahın rəhmətini qorumaq üçün dua

9:30 - October 29, 2023
Xəbər sayı: 3494929
TEHRAN (İQNA) – İnsanlar bəzən hidayət və səadətə aparan yolu tapdıqdan sonra nəfslərinin, istəklərinin, vərdişlərinin və həvəslərinin hökmranlığı səbəbindən qəlblərinin səhifəsini qaraldır və daraldırlar.

İnsanın ilahi bəsirət və baxışının genişliyi olan sieyi-sədr batilə meyl edir. Bu dua onların dərmanıdır.

"Ali-İmran" surəsi 8-9-cu ayələr:

“Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!”.

"Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!".

İnsanlar dua sayəsində Rəbbinin, təmiz qəlbinin, içində hidayət nurunun olduğunu və bu hidayətin Rəbbindən bir hədiyyə olduğunu xatırlayar.

Bunu hər səhər və axşam təkrar edək: İlahi, bizi doğru yola yönəlt ki, biz də Sənin nemət verdiyin kəslərə qovuşaq. Çünki şəkk-şübhə olmayan gündə bütün insanları bir yerə toplayacağınıza, hər kəsi istədiyi yerə aparacağınıza və vədinizdən əsla dönməyəcəyinizə dair vədinizi başa düşdük.

Ustad Hüseyn Muhyiddin İlahi Qumşeinin “Quranla 365 gün söhbət” kitabından bir parçadır.

4119704

captcha