IQNA

Quran surələri / 104

Eyb axtaranları və məsxərə edənləri gözləyən atəş

14:07 - August 11, 2023
Xəbər sayı: 3494584
TEHRAN (IQNA) - Bəzi insanlar xüsusi şəraitə və ya məqama malik olduqları üçün başqalarını alçalda və ya onlara lağ edə biləcəklərini düşünürlər. Halbuki Allah belə insanlar üçün ağır bir əzab nəzərdə tutmuşdur.

Qurani-Kərimin yüz dördüncü surəsi “Hüməzə” adlanır. Bu surə 9 ayədən ibarətdir. Otuzuncu cüzdə yerləşdirilmişdir. Məkkə surəsi olan “Hüməzə” İslam Peyğəmbərinə (s) nazil olan otuz ikinci surədir.

Bu surənin ilk ayəsində bu kəlmə işlədildiyi üçün “Hüməzə” adlanır. Bu surənin digər adı “Lüməzə”dir. Bu söz də bu ayədə işlənmişdir. “Hüməzə” və “Lüməzə” başqalarının eybini deyən, kiminsə arxasınca danışan deməkdir.

Allah bu surədə başqalarının eyblərini axtarmaqla onlara üstünlük qurmaq istəyən sərvət toplayanları əzici odla hədələyir.

Bəzi təfsirçilər bu surənin İslam Peyğəmbərin (s) haqqında yalan danışan və ya böhtan atanlar haqqında nazil olduğuna inanırlar. Başqa bir qrup isə bunu İslam Peyğəmbərini (s) ləkələmək istəyən bir qruplaşma haqqında olduğunu hesab edirdi.

Bu surə pul və sərvət toplamaqda çox maraqlı olan və daha çox var-dövlətlə başqalarını rüsvay etmək istəyənlər üçün şiddətli bir təhlükədir; Bu səbəbdən başqalarını ələ salırlar və ya onları günahlandırırlar. Bu sərvətin onları ölümsüz edəcəyini düşünürlər; Baxmayaraq ki, bu belə deyil.

Bu surə Allahın lənəti olan və Allahın Quranda ifadə etdiyi ən pis lənət olan "vəyl" (vay) sözü ilə başlayır. Bu, başqalarını ələ salan və ya arxalarınca eyblərini deyənlər üçün lənətdir.

Allah bu surədə bu insanların “hütəmə” (əzici atəşə) düşəcəklərini vəd edir; Bu atəş belə tanıtdırılır: "O, Allahın yanar odudur.   Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar! (Hüməzə, 6-9(.

Bu atəş “Narullah” (Allahın atəşi) adlanır. Görünür, onun belə adlanmasının səbəbi bu atəşin böyüklüyünü göstərmək üçündür.

Sözləri və işarələri ilə başqalarının qəlbini yandırdıqlarına görə bu atəş onların qəlblərinə girib bütün qəlbi tutacxaq. Deməli, onların cəzası ürəklərini yandırmaqdır.

“Hütəmə” (əzən od) sözünə ancaq Qurani-Kərimin bu surəsində rast gəlinir. Bu od əvvəlcə qəlblərə nüfuz edərək bədənin içini yandırır, sonra isə bədənin çölünü yandırır.

captcha