IQNA

Quran surələri / 102

Təkasur surəsində insanların bir-birləri ilə dəyərsiz müsabiqəsi

23:20 - August 05, 2023
Xəbər sayı: 3494559
TEHRAN (IQNA) - İnsanlar özlərini başqalarından üstün tutmaq üçün mallarını artırmağa çalışırlar; Bu səylər insanın istəmədən yarışa girməsinə səbəb olur; Bu yarış insanları əsas məqsəddən uzaqlaşdıran dəyərsiz yarıdır.

Qurani-Kərimin yüz ikinci surəsi “Təkasur” adlanır. 8 ayədən ibarət bu surə 30-cu cüzdə yerləşdirilmişdir. Məkkə surələrindən olan “Təkasur” surəsi İslam Peyğəmbərinə (s) nazil olan on altıncı surədir.

“Təksur” kəlməsi mal-dövlət və böyüklüklə öyünmək mənasındadır. Bu söz birinci ayədə keçir və ona görə də bu surə “Təkasur” adlanır.

Təkasur sözü Quranda iki dəfə gəlir; Təkasur surəsinin birinci ayəsində və Hədid surəsinin 20-ci ayəsində gəlib. Bəzi təfsirlərdə “təkasur” bir şeyi davam etdirmək mənasında qəbul edilmişdir. Ona görə də “Təkasur” surəsində qınanılan şey mal toplamaq və ictimai məqam qazanmaq üçün öyünmə və rəqabətin davamıdır.

Bu surənin məzmunu dəyərsiz məsələlərə görə bir-biri ilə yarışan insanları qınamaqdır; Sonra qiyamət və cəhənnəm atəşi məsələsi ilə bağlı xəbərdarlıq edir. Qiyamət günü insanlara verilən nemətlər barəsində sorğu-sual ediləcəyini xatırladır.

Təkasur surəsi mal, övlad və dost toplamaqda yarışan insanları məzəmmət edir; Bu, onları Allahdan və həqiqi xoşbəxtlikdən uzaqlaşdıran davranışdlr. Bu surə həm də hədələyir ki, belə insanlar öz boş əyləncələrinin nəticəsini tezliklə görəcəklər və yaxın gələcəkdə onlara verilən nemətlərdən sorğu-sual olunacaqlar.

Bu surə öz tayfasının var-dövlətini və əhalisini sayaraq başqalarına üstünlüyünü nümayiş etdirən və bu məsələ ilə fəxr edən tayfalara aiddir. Hətta tayfada adamların sayını artırmaq üçün qəbiristanlığa gedib hər qəbilədən ölənlərin qəbirlərini sayırdılar.

Bu surədə deyilənlərə əsasən, bu əyləncəli və mənasız rəqabət insanların Allahı zikr etməkdən və Qiyamət günün yad etməkdən saxlayır. Həmçinin insanın əsas məqsədindən uzaqlaşmasına səbəb olur.

Bəzi təfsirçilər bu iki ayəni eyni şeyin təkrarı və vurğulanması kimi qiymətləndirmişlər və hər ikisi təkəbbürlü insanları gözləyən əzablardan xəbər verirlər.

Bəzi təfsirçilər birinci ayəni qəbir əzabı və insanın öldükdən sonra üzləşdiyi əzablara, ikinci ayəni isə qiyamət əzabına işarə kimi qiymətləndirmişlər.

Bu surədən belə nəticəyə gəlmək olar ki, məğrurluq və özünü göstərməyin əsas səbəbi Allahın mükafat və əzabından xəbərsiz olmaq və Qiyamət gününə imansızlıqdır. Həmçinin insanlar uğursuzluq və zəifliklə qarşılaşdıqda, öyünməyə və yalançı qürurlara doğru gedirlər.

captcha