"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Həcc səfərini velosipedlə etməyi planlaşdıran Mərakeşəsilli fransalı velosipedçi Nəbil Əl-Nəsri səfəri zamanı Türkiyəyə daxil olub.
O, bu il aprelin 22-də səyahətinə başlayıb və indiyədək 11 ölkədən keçib.
Bu velosipedçi Həcc səfərinə qədim müsəlmanların yolu ilə etmək istəyir.
Bununla yanaşı, Nəbil Əl-Nəsri insanların diqqətini müəyyən məsələlərə, o cümlədən qlobal istiləşməyə yönəltməyə çalışır.
4142721