IQNA

İslamofobiya müsəlmanların həyatına mənfi təsir göstərir

17:01 - March 13, 2023
Xəbər sayı: 3493844
Birləşmiş Ərəb Əmirlikləri verdiyi açıqlamada İslamofobiyanın davam etməsinin müsəlmanların həyatına mənfi təsir göstərəcəyini açıqlayıb. O, icmalar arasında qarşılıqlı anlaşma yaratmaq, İslama və ya digər dinlərə qarşı stereotipləri qırmaq üçün dinlər və mədəniyyətlər arasında konstruktiv dialoqun möhkəmləndirilməsi və bu məsələ ilə bağlı platforma və institutların yaradılması üzərində işi davam etdirməyə çağırıb.

"İQNA", "Əl-İttihad" qəzetinin saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin BMT-dəki daimi nümayəndəsinin müavini Amira Əl Həfiti Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü ilə bağlı açıqlamasında deyib: "Qurani-Kərimin təhqir olunması kimi son hadisələr müsəlmanlara qarşı təəssübkeşlik və nifrətlə qarşı-qarşıya durmağın və artıq qütbləşmənin qarşısının alınmasının zəruriliyini təsdiqləyir. Çünki dünya ortaq problemlərlə üz-üzədir."

O qeyd edib ki, bu mənfur əməllər tək-tək baş verən hadisələr deyil. Bütün dünyada yayılmaqda davam edən və müsəlmanların həyatına ciddi təsir göstərən islamofobiya növlərindən biridir.

O, söz azadlığı çərçivəsində islamofobiyaya imkan verilməsinin tamamilə yolverilməz olduğunu vurğulayaraq deyib: "Təhlükəsizlik Şurasına üzv olan bütün dövlətlər yekdilliklə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününü qlobal təhlükə kimi elan ediblər və bu, beynəlxalq ictimaiyyətin onu rədd etməsini tələb edir."

4127744

captcha