IQNA

Əqidə prinsipləri; Nübüvvət / 7

Əxlaqi vicdan peyğəmbərləri əvəz edə bilməz

23:47 - December 25, 2022
Xəbər sayı: 3493470
Əxlaqi vicdan insanı məhdudlaşdıran amillərdəndir, onu daxildən hidayət edir və yersiz hərəkətlərdən çəkindirir. Amma belə bir əxlaqi vicdanın peyğəmbərləri əvəz edə bilməyəcəyini göstərən dəlillər var.

İnsanı doğru yola yönəltmək üçün əxlaqi vicdanın yetərli olduğunu və bizim daha peyğəmbərlərin hidayətinə ehtiyacımız olmadığını düşünən bir qrupun fikrinin əksinə olaraq, deməliyik ki, əxlaqi vicdan böyük ölçüdə özümüzdən və cəmiyyətimizdən asılıdır. O, mühitdən, vərdişlərdən təsirlənir və dəyişdirilə bilir. Heç vaxt həqiqətləri əks etdirmir. Hər sağlam vicdanın ilk dəfə rədd etdiyi həmin acı siqaret, vərdiş və mühitə görə yavaş-yavaş elə bir mərhələyə çatır ki, insan onu çəkməkdən ləzzət alır.

Toyuq başını kəsməkdən qorxan insanlar tanıyırıq ki, bunu təkrarlayandan sonra hissləri və vicdanları dəyişib.

Əlbəttə, vicdan yaxşı və faydalı bir şeydir. Amma ona arxalana bilməzsən. Kumeyl duasında oxuyuruq: “Allahım, ismət pərdələrini cıran günahlarımı bağışla!”.

İnsan ilk dəfə günah etdikdə narahat olur, vicdanı onu əziyyət edir. Lakin günahı təkrarlaması nəticəsində bu, onun üçün adiləşir, hətta bəzən günah etmədiyinə görə üzülür.

Həzrət Əli (ə) buyurur: "Peyğəmbərlər insan fitrətini diriltmək və qəflət pərdələrini aradan götürmək üçün gəliblər. Amma bizim müzakirəmiz ondan ibarətdir ki, yalnız vicdanın hidayəti ilə kifayətlənmək olarmı? Əlbəttə ki, cavab mənfidir.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.
captcha