IQNA

“Mişkat” beynəlxalq Quran müsabiqəsinin qalibi təqdir olunub

13:06 - November 05, 2022
Xəbər sayı: 3493204
Mərasim zamanı Livan Quran Dərnəyi tərəfindən İranın “Mişkat” beynəlxalq Quran müsabiqəsinin qalibi Mərian Məhəmməd Mustafa təqdir olunub.

"İQNA", Livandan xəbər verir ki, bu mərasimdə virtual olaraq keçirilən İranın “Mişkat” Beynəlxalq Quran Müsabiqəsinin ikinci buraxılışının qadın bölməsində Quranın hifzi üzrə birinci yerə layiq görülən Mərian Mohammad Mostafa təqdir olunub.

Bu mərasimdə Livanın Bəraət və Rəhbər Quran Dərnəyi Mərian Mustafaya təşəkkürnamə və pul hədiyyəsi təqdim edib. Həmçinin ona akademik həyatında və Quran təlimlərinin ictimai həyatda tətbiqi yolunda uğurlar arzulayıb.

Qeyd edək ki, Qədir-Xum bayramına təsadüf edən beynəlxalq "Mişkat" Qurani-Kərim müsabiqəsinin ikinci dövrəsi 17 iyun 2022-ci ildə başlamışdı. Bu müsabiqə oktyabr ayının 14-də Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mövludu ilə eyni vaxta sona çatmışdı.

Bu müsabiqədə dünyanın müxtəlif qitələrindən 73 ölkə iştirak edib.

4096740

captcha