IQNA

İsveçrəli cütlük Türkiyədə İslamı qəbul edib

11:41 - October 30, 2022
Xəbər sayı: 3493168
Türkiyənin Muğla vilayətində isveçrəli cütlük azan səsini eşitdikdən sonra İslamı qəbul edib.

"İQNA", "NTP"-yə istinadən xəbər verir ki, Bu isveçrəli cütlük Muğla əyalətinin Fethiyə bölgəsində yaşayırdı. Azan səsini eşitdikdən və ondan təsirləndikdən sonra İslamı qəbul etdilər.

Kokbein məhəlləsində yaşayan proqram mühəndisi Jean-Pierre Kern və həyat yoldaşı Farquaz Gabriel Berthe, azan eşitmə təcrübələri və İslamı qəbul etmələri barədə izahat verdilər.

Təxminən 5 ilə yaxındır ki, məhəllədə yaşayan cütlük qonşuların namaz və ibadət səsindən təsirləndiklərini bildiriblər.

Bu cütlük müsəlman doğulmağı arzuladıqlarını ifadə edərək dedilər: "İslamı görəndə kim olduğumuzu bildik və ömrümüzün qalan hissəsini müsəlman olaraq keçirmək istədik".

Fethiyə bölgəsinin müftisi Kamil Aktay və bəzi din xadimlərinin nəzarəti altında keçirilən bu cütlüyün İslamı qəbul etmə mərasimində Qurani-Kərimdən ayələr oxunub. Daha sonra isveçrəli cütlük kəlmeyi-şəhadətlərini oxuyub.

4095401

captcha