IQNA

Quranı xüşu ilə oxumağın əhəmiyyəti

18:59 - July 11, 2022
Xəbər sayı: 3492539
Quran oxumaqda qeyb dünyası ilə ünsiyyət qurmaq üçün bir növ konsentrasiya var. Xüşu ilə qiraət etmək üçün buna diqqət etmək lazımdır.

"İQNA", xəbər verir ki, Tehrandakı Mərvi hövzəsinin müdiri və Əllamə Təbatəbainin (rəh) görkəmli tələbələrindən olan Ayətullah Məhəmməd Baqir Təhriri Quran tilavətinin əhəmiyyəti və onun ədəb-ərkanı ilə bağlı bəzi məqamları bildirib ki, aşağıda oxuyacaqsınız:

Rəvayətlərdə qəm-qüssə, bəzən də Quran tilavəti zamanı ağlamaq məsələsi qeyd olunur. Bu kədər xüzu və xüşunun nəticəsidir. Bu zaman ilahi qorxu insanı ağlada bilər ki, bu da, insanın Uca Allahın əzəmətini dərk etməsi üçün əlverişli əsaslardan biridir.

Quran oxumaqda qeyb dünyası ilə ünsiyyət qurmaq üçün bir növ konsentrasiya var. Bu diqqətlər mömin insanda olmalıdır.

Bu səbəbdən də görürük ki, ilahi övliyalar müjdə ayələrini oxuduqda, Allahın Müqəddəs Zatı mömin insanı müjdələdiyi üçün bir xoşbəxtlik halı tapmışlar. Çünki burada iman belə görünür. Çünki imanın da hər yerdə özünə məxsus görünüşü var.

İnsan Allah-taalanın möminlər üçün nəzərdə tutduğu müjdəni görəndə və Quranı oxuduqda özünü Allahın ona verdiyi müjdəyə layiq görür və sevinir. Həqiqətdə, bu sevinc öz-özünə deyil. Daha doğrusu, Allahın verdiyi müjdədir ki, bu da çox arzu olunandır.

Digər tərəfdən, mömin əzab ayələrinə yetişdikdə, özünün də bu əzaba düçar ola biləcəyini düşünür. Ona görə də, bu təhlükəni öz halına aid hesab edir və hüznlü bir hal tapır.

Nəticə etibarı ilə Quran mömini hər mərhələdə hərəkətə keçirən bir həqiqətdir. Bir hərəkət irəli aparır, digəri isə arzuolunmaz şeyləri dayandırmağa doğru hərəkət edir. Əzab ayələrini eşitdikdə diqqət edir ki, bu əzablara düçar olmasın. Ona görə də görürük ki, Quranı hansı məqsədlərlə və hansı idrak qabiliyyəti ilə oxusa, öz təsirini qoyar.

3667781

Teqlər: quran ، xüzu ، xüşu ، qiraət ، əzab
captcha