IQNA

Topqapı Muzeyi və Quran Oxunan Zal

12:07 - November 21, 2021
Xəbər sayı: 3491234
Topqapı Muzeyində Peyğəmbərə (s) aid edilən salonun əşyaları Sultan I Səlim tərəfindən İstanbula köçürülüb. Bu zalda 408 illik Osmanlı hakimiyyəti dövründə 24 qari və hafiz tərəfindən 24 saat fasiləsiz Quran ayələri oxunurdu.

İQNA, xəbər verir ki, dünyanın bir çox muzeylərində İslam və İslam incəsənəti və mədəniyyət əsərlərinə diqqət yetirməklə müvəqqəti sərgilər təşkil olunur. Bundan əlavə, dünyanın müxtəlif ölkələrində (islami və qeyri-islami) İslam əsərlərinə diqqət yetirən çoxlu muzeylər fəaliyyət göstərir. Onların əsərləri çox böyük bədii və tarixi dəyərə malikdir.

Bununla belə, dünyanın müxtəlif ölkələrində İslam incəsənətini nümayiş etdirən bəzi muzeylər İslam tarixinə və Məhəmməd peyğəmbərin (s) həyatına bir bölmə ayırıblar. Bu muzeylər arasında Dubay İslam Muzeyi və İordaniyanın paytaxtı Əmmandakı Məhəmməd (s) Muzeyi də var.

Topqapı Sarayı Muzeyi 1465-1853-cü illərdə imperiyanın inzibati mərkəzi olmuşdur. Bu saray, İstanbulun məşhur tarixi və möhtəşəm görməli yerlərindən biridir. Fateh Sultan Məhəmməd 1459-cu ildə bu sarayın tikilməsinə göstəriş verdi. Onun tikintisi 1465-ci ildə başa çatdırılmışdır. Bu saray İstanbulda Qızıl Buynuz və Mərmərə dənizi arasında yerləşir və Boğaza gözəl mənzərəsi var.

Bu saray indi muzeyə çevrilib. Burada Osmanlı padşahlarının əsərləri və həyatı ilə yanaşı, İslam sənətinin nəfis xəzinələri də var.

Amma bu muzeyi ziyarətçilər üçün cəlbedici edən cəhətlərdən biri də İslam Peyğəmbərinə (s) aid tarixi əsərlərin olmasıdır. Xalq arasında müqəddəs yadigar kimi tanınan bu əsərlərə 16-19-cu əsrlər arasında Osmanlı sultanlarına göndərilən müqəddəs əşyalar daxildir.

Peyğəmbərə aid edilən salonun əşyaları Sultan I Səlim tərəfindən Məkkə, Bağdad və Qahirədən İstanbula köçürülüb. Bu zalda 408 illik Osmanlı hakimiyyəti dövründə 24 qari və Hafiz tərəfindən 24 saat fasiləsiz Quran ayələri oxunurdu. Onlar növbə ilə bu vəzifəni yerinə yetirirdilər. Bu gün ancaq muzeyin açıq olduğu 7 saat ərzində Quran oxunur.

Bu salondakı qiymətli əşyalar arasında 1517-ci ildə Misirin fəthindən sonra Məkkə valisi tərəfindən İstanbula göndərilmiş Kəbənin kilidi və açarı da var. Eləcə də Kəbə evinə aid başqa qıfıllar və açarlar da var ki, onların üzərində gümüş və qızıldan xətlər və Quran ayələri həkk olunub.

Aşağıdakı videoda İstanbulda Topqapı Sarayının İslam Salonuna nəzər salırıq.

 

kod


Digər nadir və qiymətli əşya isə tövbədə Qara Daş və Peyğəmbərə (s) nisbət verilən qılıncdır ki, onun qulpu qızılı çiçəklərlə və müxtəlif ləl-cəvahiratlarla bəzədilmişdir. Qılıncın qını isə qiymətli daş və ləl-cəvahiratla bəzədilmişdir. Zalın ortasında qəbir parçası və Peyğəmbərin (s) ayağının dabanına aid edilən qızıl çərçivəli yer var.

Bu salondakı digər nadir əşyalar üç əşyadır ki, onlardan birincisi Peyğəmbərə aid edilən saçlar olan qutudur. İkincisi onun Bağdaddan gətirdiyi əqiq möhürüdür. Sonuncusu İslam Peyğəmbərinin paltarlarıdır ki, Quran ayələrindən yazılar ilə bəzədilmiş olan qızıl qutunun içərisindədir.

Bu salonda digər peyğəmbərlərə aid edilən digər əsərlər də var. O cümlədən, İbrahimin (ə) güldanı, Yusifin (ə) əmmaməsi, Musanın (ə) əsası, Davudun (ə) qılıncı və Yəhyaya (ə) məxsus məktublar da var.

نگاهی به تاریخ زندگانی پیامبر اسلام (ص) در کاخ موزه توپکاپی

نگاهی به تاریخ زندگانی پیامبر اسلام (ص) در کاخ موزه توپکاپی

نگاهی به تاریخ زندگانی پیامبر اسلام (ص) در کاخ موزه توپکاپی

نگاهی به تاریخ زندگانی پیامبر اسلام (ص) در کاخ موزه توپکاپی

 

نگاهی به تاریخ زندگانی پیامبر اسلام (ص) در کاخ موزه توپکاپی

نگاهی به تاریخ زندگانی پیامبر اسلام (ص) در کاخ موزه توپکاپی

نگاهی به تاریخ زندگانی پیامبر اسلام (ص) در کاخ موزه توپکاپی

نگاهی به تاریخ زندگانی پیامبر اسلام (ص) در کاخ موزه توپکاپی

4004303

captcha