IQNA

İmam Rzanın (ə) hərəmi qaraya bürünüb

10:30 - October 02, 2021
Xəbər sayı: 3490868
Məşhəd şəhərində İmam Rzanın (ə) mütəhhər hərəmi səfər ayının son ongünlüyünün matəm günləri münasibətilə qara libasını geyinib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Deyerler.org-a istinadən xəbər verir ki, Qüds Rəzəvi astanı qara libasına bürünüb və Müqəddəs İslam Peyğəmbərinin (s) rehləti, İmam Həsən Əl-Müctəba (ə) və İmam Rzanın (ə) şəhadətini qeyd etməyə hazırlaşır.

Səfər ayın son günləri ilə eyni vaxtda daxili həyətlərin divarlarında quraşdırılmış 6000 min kvadratmetrlik pərdələrin mətni və İmam Rzanın (ə) müqəddəs ziyarətgahının eyvan qapısında quraşdırılmış böyük pərdələrin mətni bu aya uyğun olaraq dəyişdirilib.

captcha