IQNA

TƏFSİR: Əhzab/22

Möminin imanı və münafiqin əsl siması çətinliklərlə üzləşdikdə ortaya çıxır

8:18 - July 07, 2021
Xəbər sayı: 3490229
Qurani-Kərimdə həqiqi möminlər, onların böyük cihad meydanlarında ali ruhiyyəsi, alicənablığı, şücaəti, müqaviməti və sair özəlillikləri və möminlərin tam tərsi olan münafiqlərin sifətləri göstərilib.

TƏFSİR: Əhzab/22

"Mö’minlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan (zəfər) və’didir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi mö’minlərə kafirlər üzərində qalib olmağı və’d etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı." (Əhzab/22).

وَلَمَّا رَأَى الْمُؤْمِنُونَ الْأَحْزَابَ قَالُوا هَذَا مَا وَعَدَنَا اللَّهُ وَ رَسُولُهُ وَ صَدَقَ اللَّهُ وَ رَسُولُهُ وَمَازَادَهُمْ إِلَّا إِيمَانًا وَ تَسْلِيمًا

Qurani-Kərimdə həqiqi möminlər, onların böyük cihad meydanlarında ali ruhiyyəsi, alicənablığı, şücaəti, müqaviməti və sair özəlillikləri təriflənib.

Bu ayədə də Allah-Taala "Əhzab" surəsində möminlərin ruhiyyəsini tərifləyir və eyni zamanda 12-ci ayədə -

" O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan və’d etmişdir. (Biz zəfər çala bilməyəcəyik)” – deyirdilər."

وَإِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ مَّا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ إِلَّا غُرُورًا

- möminlərin tam tərsi olan münafiqlərin və qəlbləri xəstə olanların ruhi halını tərsim edir. Möminlər İlahi vədələrin yerinə yetəcəyinə inanır, təsdiq edir və düşmənin çoxluğu onların ürəyin zəlzələ salmır,  münafiqlər isə buna şəklə yanaşır və yalan adlandırırlar.  

Bu hansı vədə idi ki, Allah və Peyğəmbər (s) vermişdi?

Bəziləri deyirlər ki, Peyğəmbər (s) müxtəlif qəbilələrin birləşərək müsəlmanların üzərinə böyük bir qoşunla hücum çəkəcəyini, amma müsəlmanların qələbə qazanacağını öncədən xəbər vermişdi.

Buna görə də möminlər "əhzab" döyüşündə düşmənin çoxluğunu gördükdə dedilər ki, bunu Allah və Peyğəmbəri bizə vədə vermişdilər. İndi biz verilən vədənin birinci hissəsi ilə üzləşmişik, yəni düşmən böyük bir qoşunla gəlib. Və şəksiz ki, vədə verildiyi kimi qələbə də bizimlədir.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları bu barədə buyurlar:

"Bu gün İslam dünyasının hər şeydən daha çox buna ehtiyaclıdır ki, müsəlman ümmətinin tək-təki və cavanları Quranın verdiyi ilahi vədələrə inansınlar və arxayın olsunlar. Təkcə "müsəlmanı" və "həqiqi müsəlmanıq" deməyimiz kifayət etmir. Əməl meydanlarında öz imanı ilə imtahanını vermiş millətimizə kimlərinsə gəlib "bu həqiqi islam və iman deyil, həqiqi islam biz deyəndir" deməsi ilə iş düzəlmir və İslam Cümhuriyyətinə bu kimi sözlərlə irad edə bilməzlər."

İslam İnqilabının Ali Məqamlı Rəhbəri başqa bir yerdə buyurub:

"Üzləşdiyimiz sanksiyalar və düşmən tərəfindən bizə yüklənən hərbi hücumlar kimi acı və çətin hadisələrdə də Allah-Taala doğru yolu bizə göstərib:          

وَ لَمّا رَءَا المُؤمِنونَ الاَحزابَ قالوا هذا ما وَعَدَنَا اللهُ وَ رَسولُه وَ صَدَقَ اللهُ وَ رَسولُه وَ ما زادَهُم ‌اِلّا ایمانًا وَ تَسلیمًا.

"Mö’minlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan (zəfər) və’didir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi mö’minlərə kafirlər üzərində qalib olmağı və’d etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı." (Əhzab/22).

Materializmin və dünyanın maddi qüdrətinə sahib dünyəvi ideologiyaların bütün dünyaya hakim kəsildiyi bir zamanda İslam Hakimiyyətinin yaranması qarşısında onların sakit oturub tamaşa edəcəklərini gözləməməliyik və gözləmirik. Məlum idi ki, bizə qarşı mübarizə aparacaqlar, sanksiya tətbiq edəcəklər və bacarsalar hərbi müdaxilə edəcəklər. Biz elə bir şey eləməliyik ki, onlar bizimlə müharibə fikrinə belə düşməsinlər. Əgər belə bir fikrə düşüb addım atsalar da başları əzilsin. Onların bizə hücum etməyəcəyini düşünmək doğru fikir deyil. Onlara qarşı hazır olmaq İlahi göstərişdir və biz bu hadisələr ilə üzləşdikdə qorxmamalıyıq. Çünki Allahın dostlarına qorxu və qüssə yol tapa bilməz. Necə ki, Qurani-Kərimdə buyurur:

اَلا اِنَّ اَولِیاءَ اللهِ لا خَوفٌ عَلَیهِم وَ لا هُم یَحزَنون‌

Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər." (Yunis/62).   

 

Teqlər: mömin ، münafiq ، əhzab
captcha