IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "şəfəqna" saytına istinadən xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ayasofyada qılınacaq ilk namaz barədə danışıb.
İlk ibadət 24 iyulda baş tutacaq və orada məhdud sayda insan iştirak edəcək.
O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da şəxsən orada iştirak edəcək.
Onun sözlərinə görə, namaz məbədin birinci mərtəbəsində qılınacaq.
Xatırladaq ki, Türkiyədə iyul ayında qəbul edilmiş qərara əsasən, Ayasofyanın müzey statusu ləğv edilərək məscid statusu bərpa edilib.