IQNA

Ankara İsrail səfirini qovdu

23:55 - May 15, 2018
Xəbər sayı: 3483175
Türkiyə cümhuriyyəti işağlı sionist rejim İsrailin Ankaradakı səfirini ölkədən ixrac edib. Səbəb kimi isə işğal edilmiş Fələstin torpaqlarında son günlərdə baş verən hadisələr göstərilib.

Ankara İsrail səfirini qovduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə cümhuriyyəti işağlı sionist rejim İsrailin Ankaradakı səfirini ölkədən ixrac edib. Səbəb kimi isə işğal edilmiş Fələstin torpaqlarında son günlərdə baş verən hadisələr göstərilib.

Bu barədə Türkiyə cümhuriyyətinin xarici işlər nazirliyinin informasiya şöbəsi məlumat yayaraq elan edib ki, İsrailin Ankaradakı səfiri İtan Naih son günlərdə işğal edilmiş Fələstin torpaqlarında baş verən hadisələr və onlarla insanın qətliam edilməsi və yaranlanmasına görə qeyri-müəyyən bir müddət üçün ölkədən xaric edilib.

Həmçinin bu məlumatda deyilir ki, Türkiyə cümhuriyyəti bu ölkənin Tel-Əvivdəki səfirini də geri çağırıb.

Qeyd edək ki, keçən günlər ərzində sionist rejimin qurulmasının (nikbət günü) 70-ci ildönümü münasibəti ilə aksiya keçirən fələstinlilər qətliam edildilər və sionist rejimi İsrailin əsgərləri 62 nəfərdən çox sivil vətəndaşı öldürdülər.

http://iqna.ir/fa/news/3714856

Teqlər: iqna ، fələstin ، qüds ، ankara ، səfir
captcha