IQNA

Rusiyanın baş müftisi: Rusiyada müsəlmanların sayı çoxalıb

23:54 - March 07, 2018
Xəbər sayı: 3482872
Rusiyanın baş müftisi Ravil İsmayıloviç Eynuddinov bu ölkədə müsəlmanların sayının 25 milyon olduğunu elan edərək dedi ki, Rusiyada müsəlmanların sayı çoxalmaqda davam edir.

Rusiyanın baş müftisi: Rusiyada müsəlmanların sayı çoxalıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “anadolu” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Rusiyanın baş müftisi və eləcə də Rusiyanın əhli-sünnə müsəlmanlarının rəhbəri Ravil İsmayıloviç Eynuddinov bu ölkədə müsəlmanların sayının 25 milyon olduğunu elan edərək dedi ki, Rusiyada müsəlmanların sayı çoxalmaqda davam edir.

Rusiyanın əhli-sünnə müsəlmanlarının rəhbəri Ravil İsmayıloviç Eynuddinov “anadolu” xəbər agentliyi ilə müsahibəsində dedi: Rusiyada müsəlmanların sayının çoxalmasının iki əsas amili vardır: müsəlmanlar arasında övlad artımı, uşaq sayının çoxluğu və Mərkəzi Asiyadan gələn miqrant və mühacilər.

Ravil İsmayıloviç Eynuddinov əlavə edib: Rusiya müsəlmanların çoxu bu ölkənin Moskva, St. Peterzburq və Yekatirinburq şəhərlərində yaşayırlar.

Rusiyanın baş müftisi və eləcə də Rusiyanın əhli-sünnə müsəlmanlarının rəhbəri vurğuladı: Həmçinin Tatarıstan, Başqırdıstan və Qafqazda yaşayan əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil edirlər.

Baş müfti İslam dininin Rusiya diyarına gəlməsinin tarixinə işarə edərək dedi: İslam dini miladın 7-ci əsrində (hicrinin birinci əsri) Rusiya ərazisinə daxil olub və müsəlmanların peyğəmbərin (s) vəfatında 22 il sonra rusiyaya gəliblər.

http://iqna.ir/fa/news/3697711  

Teqlər: iqna ، rusiya ، baş müfti ، qafqaz ، tatarıstan
captcha