IQNA

Azərbaycan və Gürcüstanda "vəhabilər"in nüfuzu barədə xəbərdarlıq!

11:33 - January 31, 2016
Xəbər sayı: 3480110
Tehran, 31.01.2016 – Rusiyanın Strateji Araşdırmalar Müəssisəsinin Qafqaz Tədqiqatlar İdarəsinin rəisi Qafqaz regionunda İŞİD və vəhabilərinin təsirnin çoxalması barədə nigərançılığını bildirib.














İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Artur Atayev - Rusiyanın Strateji Araşdırmalar Müəssisəsinin Qafqaz Tədqiqatlar İdarəsinin rəisi, Qafqaz regionunda İŞİD və vəhabilərinin təsirnin aşkar şəkildə çoxalması barədə nigərançılığını bildirərək dedi: Bu təsir elə bir həddə çatıb ki, hətta Qafqazın şiə müsəlmanları da, xüsusilə də Gürcüstan və Azərbaycanda dini və siyasi məlumatlarının zəifliyi ucbatından sürətlə İŞİD və vəhabilərə cəzb olunmaqdadırlar.

Rusiyanın Strateji Araşdırmalar Müəssisəsinin Qafqaz Tədqiqatlar İdarəsinin rəisi "Rusiya Seqodnaya" xəbər agentliyində "İŞİD beynəlxalq təhlükəsizlik üçün təhlükədir" devizi ilə keçirilən elmi toplanıtda dedi: İŞİD ilə mübarizə etmək və onların Qafqazda və Mərkəzi Asiyada nüfuzunun qarşısını almaq üçün daha yeni və şiddətli tədbirlər həyata keçirilməlidir.

Artur Atayev dedi: İŞİD və vəhabilər atrıq uzun müddətdir ki, Qafazda məskən salıb və ciddi şəkildə təbliğat aparır. Onlar Gürcüstanın Pankisi dərəsi, Acarıstan və Kumukartlı regionlarında fəaliyyət göstərirlər. Təəccüblü burasıdır ki, Kumukartlıda əhalinin şiə məzhəbindən olmasına baxmayaraq burada da şiələr sürətlə bu qruplara cəzb olunurlar. Vəhabilər bu regionda şiələri sünniləşdirir və daha sonra isə "cihad"a həvəsləndirirlər. Azərbaycan respublikasında da bu hadisələrin oxşarı eyni ilə icra edilməkdədir.

Atayev əlavə etdi: Təkfirçi və radikal qruplar Türkiyədən Gürcüstanın Acarıstan ərazisinə keçir və oradan da Qafqaza paylaşılırlar. Diqqət kənarda qalmamalıdır ki, şimali və cənubi Qafqaz İŞİD-in strateji hədəflərindən biridir. Onlar öz fikirlərini yaymaq metodunu dəyişiblər. Əvvəllər məscidlərdə idilərsə, indi daha çox sosial şəbəkələrdə məşğuldurlar.

Boris Volxoniski (Rusiyanın Strateji Araşdırmalar Müəssisəsinin Mərkəzi Asiya üzrə müavini) dedi: İŞİD-in Əfqanıstanda yayılması bütün Mərkəzi Asiya və Rusiya sərhədlərini təhdid edir. Hazırda Taliban və İŞİD-in Əfqanıstanda birləşməsi üçün münbit şərait mövcuddur. Buna görə də İŞİD ilə mübarizə etmək və onların Qafqazda və Mərkəzi Asiyada nüfuzunun qarşısını almaq üçün daha yeni və şiddətli tədbirlər həyata keçirilməlidir.

http://iqna.ir/fa/news/3471259


Teqlər: İŞİd ، daeş ، qafqaz
captcha