IQNA

Sələf alimlərimizin piyada ƏRBƏİN yürüşü;

Şeyx Mirza Hüseyn Nuridən İmam Musa Sədrə qədər hamı ƏRBƏİN yürüşündə iştirak ediblər

11:48 - December 03, 2015
Xəbər sayı: 3459538
NƏBƏ müxbirlər evi: Bizim sələf alimlərimiz, o cümlədən Mirza Hüseyn Nuri, Mirza Cəvad Ağa Məliki Təbrizi, Mirza Məhəmməd Hüseyn Naini, Ayətullah Mələkuti, Ayətullah Şahrudi, Şəhid Ayətullah Mədəni, Hacı Ağa Mustafa Xomeyni və İmam Seyid Musa Sədr kimi böyük ayətullahlarımız və alimlərimizin hamısı bu mərasimdə iştirak ediblər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) nəzdində fəaliyyət göstərən NƏBƏ müxbirlər evinin verdiyi xəbərə görə, bizim sələf alimlərimizin əksəriyyəti İmam Hüseynin (ə) ƏRBƏİN ziyarətində sadə vətəndaşlarla birgə Kərbəlaya günlərlə piyada yürüş etmiş və bu əzəmətli və böyük hadisədə yaxından iştirak ediblər.



NƏBƏ müxbirlər evinin verdiyi xəbərə görə, müasir tariximizdə tanınmış alimlərdən Ayətullah Şeyx Mirza Hüseyn Nuri, böyük təqlid mərcəsi Ayətullah Mirza Cəvad Ağa Məliki Təbrizi, Ayətullah Üzma Mirza Məhəmməd Hüseyn Naini (1303-cü hirci ilində Nəcəf şəhərinə gedir və şagirdləri ilə birgə Nəcəfdən Kərbəlaya ƏRBƏİN yürüşündə iştirak edir), Ayətullah Mələkuti (dəfələrlə 12 fərsəxlik Nəcəf – Kərbəla yolunu 3 gün ərzində piyada gedib), şiələrin böyük təqlid mərcəsi Ayətullah Üzma Şahrudi (Nəcəf – Kərbəla yolunu İmam Hüseyn (ə) ziyarəti üçün)  40 dəfə piyada gedib), mehrab şəhidi Şəhid Ayətullah Mədəni, Hacı Ağa Mustafa Xomeyni (dəfələrlə ƏRBƏİN ziyarətində və qeyri vaxtlarda Kərbəlaya piyada gedib), Əllamə Əmini (Əl-Ğədir kitabının müəllifi), İmam Seyyid Musa Sədr və digər böyük alimlərimiz həmişə bu gözəl sünnəti qorumuş və ƏRBƏİN ziyarətlərində Nəcəfdən və ya digər şəhərlərdən Kərbəlaya piyada ziyarətə getmişlər. /3459301/



Əli Rza Borumənd 

Teqlər: Ərbəin ، rəhbər ، İraq ، iran ، alimlər ، sələf ، ayətullah ، mirza ، şəhid ، seyid
captcha