İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk TV kanalının rəsmi informasiya portalına istinalda verdiyi xəbərə görə, İŞİD təkfirçi sionist terrorist qruplaşması dünən, cüməaxşamı günü, noyabr ayının 5-də Bağdadın 520 km-liyində Mosulun şimalında "Təklif məntəqəsində məsihi rahibələrə məxsus kilsəni boşaldaraq bomba qoyub partlatdı.
Bu partlayış kilsəyə və ətraf tikililərə ciddi zərər vurub. Bununla əlaqədar olaraq İŞİD terrorist qruplaşması Kürd pişmərgə qüvvələrinə qarşı müxtəlif mövqelərdə yoxlama postları qurublar. Onlar pişmərgələrin məsihilər yaşayan bölgələrdəki postlarına da hücumlar ediblər. Təklif məntəqəsində pişmərgələrin qərargahların atılan qumbaralar nəticəsində 11 nəfər yaralanmışdır.
3443966