IQNA

Rusiyalı baş rahib: Gələcək müsəlmanlarındır

14:04 - September 14, 2014
Xəbər sayı: 1449889
Beynəlxalq qrup: Dmitri Smirnov – Rusiyalı Baş Rahib, Kilsədə keçirilən mərasimlərdən birində deyib: "Müsəlmanlar İsa Məsihə xristianlardan daha yaxındırlar. Çünki onlar həm Allahın razılığını qazanmağa çalışırlar, həm oruc tuturlar, həm də Allaha ibadət edirlər".


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "on islam" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Rusiya Pravoslav Kilsəsinin yüksək səviyyəli rəsmilərindən olan Dmitri Smirnov – Rusiyalı Baş Rahib, Kilsədə keçirilən mərasimlərdən birində İslami əxlaq nümunələrinə işarə edərək deyib: "Müsəlmanlar İsa Məsihə xristianlardan daha yaxındırlar. Çünki onlar həm Allahın razılığını qazanmağa çalışırlar, həm oruc tuturlar, həm də Allaha ibadət edirlər".     



Kilsə rəsmisi vurğulayır ki, gələcək müsəlmanlara aiddir.



O, minlərlə müsəlmanın bayramlarda bir yerə toplaşıb Allaha ibadət etdiyini, ibadət edənlərin də əksəriyyətinin cavan olduğunu sitat gətirərək deyir ki, xristianlar kilsələrə çox az gəlir, gələnlərin isə əksəriyyəti qadınlardır.



O, müsəlmanların gözəl əxlaqına işarə edərək deyib ki, burada qoca bir qadın mənə xəbər verdi ki, bir müsəlman sürücü onu kilsəyə gətirmiş və pul almamış və demişdir: Adam öz anasından yol pulu almaz ki, xüsusilə də ibadət yoluna ola!



Buna görə deyirəm ki, gələcək müsəlmanlarındır.



İslam Rusiyada ikinci böyük dindir. Rusiyanın 145 milyonluq cəmiyyətinin 15 %-ni müsəlmanlar təşkil edir. Rusiyada 23 milyon müsəlman yaşayır ki, bunların əksəriyyəti Şimali Qafqaz, Çeçenistan, İnquşetiya və Dağıstandan məskunlaşmışlar.   



1449082

Teqlər: rusiya ، rahib ، çeçen ، qafqaz ، müsəlman ، əxlaq ، İslam
captcha