IQNA

Qəzzada öldürülənlərin sayı 18 205 nəfərə çatdı

23:34 - December 12, 2023
Xəbər sayı: 3495122
IQNA - Son 24 saatda İsrail tərəfindən Qəzza sektorunda 208 günahsız fələstinli qətlə yetirilib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadən xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, İsrail qüvvələri yaralıların ardınca gedən təcili tibbi yardım maşınlarına mane olurlar və nəticədə də çox sayda yaralı qan itirərək dünyasını dəyişir.

Ümumilikdə 7 oktyabrdan bəri davam edən İsrail bombardmanları nəticəsində Qəzza sektorunda 18 205 dinc sakin qətlə yetirilib, 49 645 nəfər isə xəsarət alıb.

Minlərlə dinc fələstinli isə itkin düşüb.

Xatırladaq ki, İsrail ordusunun qətlə yetirdiyi və yaraladığı, həmçinin itkin düşən fələstinlilərin böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir və bu rəqəmlər dayanmadan artmaqdadır.

Qəzzada hər 10 dəqiqədə 1 fələstinli uşaq İsrail hücumları nəticəsində həyatını itirir. Bütöv-bütöv ailələr qətlə yetirilir, minlərlə uşaqlar yetim qalır.

İsrail ordusu elektrik, su, yanacaq, internet və ərzaq təminatı yollarının qarşısını kəsərək havadan, qurudan və dənizdən Qəzzanı blokadada saxlayır və zərbələr endirir; beynəlxalq hüquqa zidd olaraq xəstəxanalar, məktəblər, sığınacaqlar, məscidlər bombalanır.

Bundan başqa, İordan çayının Qərb sahilində və Qüds şəhərində 7 oktyabrdan bəri İsrail qüvvələri və yəhudi mühacirlərin hücumları nəticəsində isə qətlə yetirilən fələstinlilərin sayı 274 nəfərə çatıb.

Həmçinin 84 jurnalist və 296 tibb işçisi də İsrail tərəfindən qətlə yetirilib.

captcha