IQNA

Qəzza müharibəsindən sonra artan islamafobiya nümunələri

23:07 - December 12, 2023
Xəbər sayı: 3495118
İQNA – Qəzzada müharibə başlayandan sonra müxtəlif Avropa ölkələrində müsəlmanlara qarşı irqçiliyin artdığı müşahidə edilib.

"İQNA", "I24"-ə istinadən xəbər verir ki, Qəzzada müharibənin başlamasından sonra avropalı müsəlmanlar təhdidlər və irqçi davranışlarla, o cümlədən müsəlman məzarlarının təhqir edilməsi, məscidlərə hücumlar, hədələyici sözlər və irqçi təhqirlər ehtiva edən mesajlar və çağırışlarla üzləşiblər.

6  milyon müsəlmanın yaşadığı, Avropada müsəlmanların ən böyük faizi olan Fransada Qəzza müharibəsi başlayandan bəri müsəlmanlara qarşı hərəkətlər və irqçi davranışlar artıb. Fransa müsəlmanları açıq şəkildə ölümlə hədələndikləri səsli və mətn mesajları aldıqlarını bildirdilər.

Real və virtual aləmdə nifrətin artması

Fransa xarici işlər nazirinin bəyanatına görə, nazirlik bu ilin əvvəlindən 140-dan çox irqçi hərəkəti qeydə alıb. Müsəlmanlara qarşı irqçi davranışlar dayanmasa da, Qəzzada baş verən son müharibə bu hərəkətlərin artmasına səbəb olub. Bu arada sosial şəbəkələr müsəlmanlara qarşı nifrət nitqi və saxta xəbərlərin yayılmasında mühüm rol oynayıb.

Nifrət nitqi nəticəsində bir çox məscidlər və islami birliklər hədəfə alınıb. Digər ölkələrdəki müsəlmanlar kimi, Fransada da müsəlmanlar ifrat sağçı partiyaların hədəfində olduqlarını deyirlər.

Almaniyada 4,5 milyon müsəlman yaşayır və onların bir çoxu şəxsi Facebook qruplarında Almaniyadan getdikcə daha çox uzaqlaşdıqlarını bildiriblər. Bəzi ekspertlərin fikrincə, müsəlmanların Fələstin xalqı ilə həmrəyliyi üçün nümayişlərin keçirilməsi ifrat sağçı partiyalar tərəfindən sui-istifadə olunur.

 Avropalı müsəlmanlar Qəzza müharibəsindən sonra “müdafiəsiz” qaldıqlarını deyirlər

Almaniya Daxili İşlər Nazirliyinin statistikasına görə, bu il İslam əleyhinə cinayətlərin sayı artaraq ilk üç mövsümdə 686-ya çatıb. Mütəxəssislər hesab edirlər ki, Almaniyada və digər Aİ ölkələrində qeydə alınmayan halların sayı daha çoxdur. İrqçi davranış böyüklərə, xüsusən də hicablı qadınlara təsir etsə də, uşaqların da bu davranışlardan payı var. Bir çox valideyn övladlarının məktəbdə sinif yoldaşlarının irqçi davranışları ilə üzləşməsindən şikayətlənir.

Müsəlmanlara qarşı irqçi hücumların qeydə alındığı başqa bir ölkə olan Hollandiyada ifrat sağçıların tanınmış simalarından Geert Wilders, Qəzzada son vaxtlar baş verən müharibədən partiyasının siyasi gündəminə uyğun yararlanır.

Avropa ölkələrində sağçı ekstremistlərin ümumi ittihamlarından biri həmişə müsəlmanları antisemitizmdə ittiham etmək olub. Təəccüblüdür ki, bu partiyaların bir çoxunun əsasını İkinci Dünya Müharibəsində yəhudilərə qarşı cinayətlərin əsas səbəbkarları olan nasistlərdir.

Avropa İttifaqının yüksək səviyyəli rəsmisinin sözlərinə görə, onlayn platformalara qarşı təhdidləri aradan qaldırmaq və qeyri-qanuni nifrət nitqi ilə mübarizə aparmaq üçün davranış kodeksi fevral ayına qədər hazırlanmalıdır.

4187304

captcha