IQNA

Qəzza əhalisi sionistlərin Qurandan sui-istifadə etməsinə qəzəblənib

7:45 - December 11, 2023
Xəbər sayı: 3495111
IQNA - Sionist rejimin təyyarələri Qəzzada yaşayış məntəqələrinə Quran ayələri olan vərəqələr ataraq, bölgə xalqını ruhdan salmağa çalışır.

"İQNA", "Əl-Cəzirə" internet saytına istinadən xəbər verir ki, Qəzzə xalqı Vəhy kəlməsinə qarşı bu hörmətsizlikdən qəzəbləndiklərini bildirib və sionist rejimin Xan Yunisin müəyyən bölgələrində Quran ayələri olan vərəqələr atmasını çirkin bir hərəkət kimi qiymətləndiriblər.

Havadan endirilən səhifələr arasında “Ənkəbut” surəsinin 14-cü ayəsi də var: “Bir zamanlar Biz Nuhu öz qövmünə elçi göndərdik. Nuh min ildən əlli il az onların arasında qaldı. Nəhayət, zülmlərini davam etdirərkən tufan onları yaxaladı”.

Xan Yunis sakini Əmcəd Əl-Feyumi deyib: “Deyəsən, bizi ələ salmağa çalışırlar. Zalım sözü ilə kimləri nəzərdə tuturlar, bilmirəm”.

Xan Yunisin başqa bir sakini isə Quranın mətnini başa düşmədikləri ayədən istifadə etməyin axmaqlıq olduğunu, sonrakı ayənin nə olduğunu belə bilmədiklərini bildirib.

X sosial şəbəkəsindəki digər paylaşımda isə bu ifadələr yer alıb: Görünür, israillilər mülki insanları hədəfə alır. Sionist rejim ictimaiyyətə HƏMAS-ın həyata keçirdiyi Əqsa tufanı əməliyyatının uğursuzluğa düçar olduğu mesajını vermək və insanlar arasında qarşıdurma yaratmaq istəyir.

Qəzzə sakini olan, lakin hazırda Xan Yunisdə yaşayan başqa bir fələstinli isə deyib: “Sionist rejimin Qəzzada fələstinlilərə təhdid mesajları çatdırmaq cəhdləri uğursuzluqla nəticələnəcək.”

O, həmçinin İsrailin müqavimət döyüşçülərinə əlləri çatmadığı üçün mülki şəxslərlə döyüşdüyünü, Qəzza və Xan Yunisdəki evsizlərə Həmas-ın qəddar, zülmkar və bu hadisələrə görə məsuliyyət daşıdığını izah etməyə çalışdıqlarını bildirib. Bununla belə, o əlavə edib ki, əsl zalımın kim olduğu göz qabağındadır.

Deyr Bəlxdəki Yaffa məscidi dağıdılıb

Yerli fələstinli mənbələr sionist rejimin Qəzzanı bombalaması zamanı torpaq qalağına çevrilən Yaffa məscidinin şəkillərini dərc edib.

Bundan əlavə, işğalçı rejimin cümə axşamı Qəzza şəhərinin köhnə hissəsindəki Osman Bin Kaşkar məscidini bombalaması çoxlu sayda mülki vətəndaşın yaralanmasına səbəb olub.

Bu məscid hicri 620-ci ildə tikilib və kiçik ərazisinə baxmayaraq Qəzza zolağında ən qədim məscid və qədim yerlərdən biridir.

Sionist rejim oktyabrın 7-dən Qəzza zolağında onlarla məscidi dağıdıb.

Fələstin müqavimət hərəkatı dünyadakı azadlıq döyüşçülərini Fələstinlə həmrəyliklərini bəyan etməyə çağırıb.

4186610

captcha