IQNA

İsrail qüvvәlәri Qəzzadakı xəstəxanaya basqın edib

23:18 - December 12, 2023
Xəbər sayı: 3495121
IQNA - İsrail qüvvələri bir neçə gündür mühasirəyə alaraq bombaladıqları Qəzza zolağının şimalındakı Kamal Advan xəstəxanasına basqın edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra bildirib ki, İsrail qüvvələri basqından sonra tibb işçiləri də daxil olmaqla kişiləri xəstəxananın həyətinə toplayıb.

Qrupdakı insanların saxlanılmasına görə narahat olduqlarını ifadə edən Kudra Birləşmiş Millətlər Təşkilatı (BMT), Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinə bu insanları xilas etməsi və qoruması ilə əlaqədar çağırış edib.

Xatırladaq ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

İsrail ordusu da buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ”Dəmir qlınclar” əməliyyatına başladığını açıqlayıb.

captcha