IQNA

Xristian mütəfəkkir: "Mənim qəlbimə ən yaxın insanlar Əhli-beytdir"

5:33 - April 03, 2024
Xəbər sayı: 3495731
İQNA – Livanlı yazıçı və xristian mütəfəkkirinin Əhli-beyti vəsf edən dəyərli və qalıcı əsərləri var.

"İQNA", xəbər verir ki, İran televiziyasının üçüncü kanalında yayımlanan "Məhfil" proqramında iştirak edən Mişel Kədi Həzrət Əlinin (ə) ədalətindən danışıb.

Xristian müəllifin Həzrət Əlinin (ə) şəxsiyyəti haqqında 7000 səhifəlik tezisi, həmçinin Məsum İmamların (ə) həyatını təsvir edən 12 cildlik kitabı var.

Livanlı yazıçı deyib ki, atasının şəxsi kitabxanasına daxil olanda qarşısında həmişə Qurani-Kərim, Nəhcül-Bəlağə və İncil olub.

Bundan əlavə, yazıçı ondan İmam Əlinin (ə) şəxsiyyəti haqqında yazması istəndiyində o, yeddi kilo kağızdan istifadə etdiyini və səhərdən axşama qədər yazsa da, Həzrətin şəxsiyyəti haqqında yazmalı olduqlarının əlli faizini belə yaza bilmədiyini bildirdi.

O, Əli bin Əbi Talibin (ə) qəlbində xüsusi yeri olduğunu və bütün imamların (ə) onun yanında olduğunu, qəlbindəki bu iman şövqünün Quranın nurundan qaynaqlandığını bildirib.

O, sözünə belə davam etdi: "Mən bütün Quranı yeddi dəfə oxumuşam və mənim Məsihə olan bütün sevgim və bağlılığım Qurani-Kərimdəki izahlardan qaynaqlanır. Mən müsəlmanlara və bir çox xristian alim və böyüklərə bu ilahi kitabı oxumağı tövsiyə edirəm".

Həzrət Əlinin (ə) Livanda bir çox xristian keşişləri tərəfindən sevildiyini bildirən xristian mütəfəkkiri, 28 müqəddəs xristian məkanını ziyarət etdiyini və bu ibadət ocaqlarında yaşayan hər livanlı xristian alimdən hansı övliya və tarixin ruhanisi ilə maraqlandıqlarını soruşduqda hamısı Həzrət Əlini (ə) sevdiklərini bildirmişlər dedi.

Mişel Kədi son olaraq Nəhcül-bəlağə münasibətilə Həzrət Əlini (ə) tanımaq fürsəti əldə etdiyini və daha sonra Əhli-beytin digər üzvləri barəsində oxuduğunu və onlar haqqında kitab yazdığını bildirdi.

4208112

captcha