IQNA

Qəzzada şəhidlərin sayı 25 min 295 nəfərə çatıb

19:06 - January 22, 2024
Xəbər sayı: 3495345
İQNA – Sionist rejimin Qəzzə zolağında aylardır həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı 25 min 295 nəfərə, yaralıların sayı isə 63 minə çatıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, işğalçı rejimin son 24 saatda həyata keçirdiyi 20 qırğında 190 nəfəri şəhid etdiyi, 340 nəfəri yaraladığı bildirilib.

Belə ki, Nazirlik oktyabrın 7-dən Qəzzada şəhidlərin sayının 25 min 295-ə, yaralıların sayının isə 63 minə yüksəldiyini qeyd edib.

Açıqlamada dağıntılar altında və küçələrdə hələ də çox sayda yaralının olduğu, lakin hücumlar səbəbilə tibbi və mülki müdafiə qruplarının onlara çata bilmədiyi qeyd edilib.

captcha