IQNA

İƏT: “Qırmızı dənizdə gərginliyin qarşısını almaq lazımdır”

7:34 - January 15, 2024
Xəbər sayı: 3495298
İQNA - İslam Əməkdaşlıq Təşkilatı bəyanat verərək, bölgənin təhlükəsizliyi və sabitliyini qorumaq üçün Qırmızı dənizdə qarşıdurmaların artmasının qarşısını almaq üçün hərəkətə keçməyin zəruriliyini vurğulayıb.

"İQNA", "Küveyt Kuna"ya istinadən xəbər verir ki, bəyanatda Qırmızı dənizdə baş verən təhlükəli hadisələr və Yəmənə qarşı hava hücumları ilə bağlı narahatlıq ifadə olunub. Bundan əlavə, bölgənin təhlükəsizliyini və sabitliyini qorumaq üçün Qırmızı dənizdə münaqişələrin qarşısının alınmasının vacibliyi vurğulanıb.

BMT Təhlükəsizlik Şurasının cümə günü səhər qəbul etdiyi qərardan sonra ABŞ və Britaniya Yəməndəki Ənsarullah mövqelərinə hücum edib.

Livanlı müsəlman alimlər bəyanat yayaraq bildiriblər ki, ABŞ və Britaniyanın Yəmənə hücumu göstərir ki, Fələstin və Qəzzə xalqına qarşı dünya müharibəsi təkcə sionist rejim ilə deyil, həm də, Amerika rejimi ilə aparılır. Bildirilib ki, Amerikanın məzlumların haqqını tələb etmək üçün ayağa qalxanlara qarşı müharibə aparması məsələnin həqiqətini açıq şəkildə ortaya çıxarıb.

Ona görə də Fələstin məsələsi bütün dünyada doğru ilə batil, xeyirlə şərin qarşıdurmasıdır.

4193768

 

 

captcha