IQNA

Livan Hizbullahı şəhidlərinin sayı 122 nəfərə yüksəlib

18:29 - December 24, 2023
Xəbər sayı: 3495168
IQNA - Sionist rejimin oktyabrın 7-dən Livanın cənubuna başlatdığı hücumlar nəticəsində Hizbullah hərəkatının şəhidlərinin sayı 122 nəfərə çatıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Səhərtv-yə istinadla xəbər verir ki, şənbə günü sionist rejimin yenidən Livanın cənubuna hücumları nəticəsində daha bir Hizbullah hərəkatının zabiti şədid edilib.

Qeyd edək ki, Qəzzəyə qarşı müharibənin başlanğıcından bəri bu hərəkatın döyüş meydanında şəhidlərinin sayı 122 nəfərə çatıb.

Bundan əlavə, ötən cümə günü də Hizbullah Livan sərhədi yaxınlığında sionist rejim ordusunun əsgərləri ilə toqquşmada üç döyüşçünün şəhid olduğunu elan etmişdi.

Xatırladaq ki, Qəzzənin Səhiyyə Nazirliyi İsrail rejiminin qanlı hücumları nəticəsində şəhidlərin sayının 20 min 258 nəfər, yaralıların isə 53 min 688 nəfərə çatdığını açıqlayıb.

 

captcha