IQNA

Şahçırağa yenidən terrorçular hücum edib

22:59 - August 13, 2023
Xəbər sayı: 3494597
TEHRAN (IQNA) - Şirazın Şahçıraq bölgəsində bu gün keçirilən terror əməliyyatında Bab əl-Mehdi girişindən ziyarətgaha daxil olmaq istəyən iki terrorçu olub.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) xəbər verir ki, terrorçular girişdəki insanlara atəş açıb. Atəş nəticəsində iki nəfər hərəm xidmətçilərindən şəhid edilib. Terrorçulardan biri həbs edilib, digəri isə hazırda axtarışdadır.

Qeyd edək ki, 2022-ci il oktyabrın 26-da pulemyotla silahlanmış terrorçu Şirazdakı Şahçıraq ziyarətgahında zəvvarlara və axşam namazı qılanlara atəş açaraq, bir neçə qadın, uşaq və qoca olmaqla 15 günahsız insanı şəhid edib, onlarla insanı ağır yaralayıb. 26 təkfirçi terrorçunun həbs edildiyini və ölkə daxilində əməliyyatların istiqamətləndirilməsi və əlaqələndirilməsinin əsas elementinin  Azərbayca Respublikası vətəndaşı olduğunu açıqlayıb. 2022-ci il ilyulun 8-də  Qanlı "Şahçıraq" faciəsində əli olan terrorçular edam edildi

captcha