IQNA

Fələstinə Səudiyyə Ərəbistanının ilk diplomatı təyin edildi

22:48 - August 13, 2023
Xəbər sayı: 3494596
MƏKKƏ (İQNA) - Səudiyyə Ərəbistanı İordaniya diplomatik missiyasının rəhbəri Naif əl-Sudeyri eyni zamanda Fələstinə səfir təyin edilib. Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) şəfəqna-ya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Naif əl-Sudeyri etimadnaməsini Fələstin prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib, Fələstin dövlətində eyni vaxtda səfir və Qüds şəhərindəki baş konsul kimi. Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında reallaşıb.

Naif əl-Sudeyri Fələstində Səudiyyə Ərəbistanının maraqlarını təmsil edən ilk diplomat sayılır.

captcha