IQNA

Rekord sayda Türkiyə vətəndaşı Həcc ziyarətinə getdi

11:23 - July 02, 2023
Xəbər sayı: 3494408
MƏKKƏ (IQNA) - Bu il Həcc ziyarətini yerinə yetirən türkiyəlilərin sayı açıqlanıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Din İşləri İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, 2023-cü ildə, son 20-30 illə müqayisədə, rekord sayda Türkiyə vətəndaşı Həcc səfərini icra edib –  92,5 min nəfər.

2022-ci ildə isə bu göstərici 37 770 nəfər olub.

Əlavə edilib ki, Həcc ziyarətinə gedən türkiyəli zəvvarları sayı indiyədək heç vaxt 80 min nəfərdən çox olmamışdı.

Bunda başqa, ziyarət günlərində 25 Türkiyə vətəndaşı dünyasını dəyişib.

captcha