İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Rusiya DÇ-2018 yarışlarında iştirak edən İran İslam Respublikasının Milli Futbol Komandasına mesaj göndərib.
Həzrət Ayətullah Üzma Xameneinin ofisindən milli komandanın Rusiyadakı karvan rəbəri ilə əlaqə saxlanılıb və Ayətullah Xameneinin mesajı komandaya çatdırılıb. “Sizin ötən axşamkı oyununuz əla idi. Allah qüvvət versin”.
Qyed edək ki, İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII gününün sonuncu görüşündə “B” qrupunda yer alan İran və İspaniya milliləri qarşılaşıblar. İspaniya millisi İran yığmasını çətinliklə məğlub edib
İran millisi İspaniyaya məğlub olsa da, qrupdan çıxmaq şansını hələ də saxlayır. Bunun üçün iranlılar Portuqaliya yığmasına qalib gəlməlidirlər. İki görüşdə məğlub olan Mərakeş yığmasının növbəti mərhələyə yüksəlmək şansı qalmayıb.
İyunun 25-də keçiriləcək sonuncu turda “B” qrupunda İspaniya-Mərakeş, Portuqaliya-İran görüşləri oynanılacaq.