IQNA

"Kanal 12" Şiə Tv kanalı yayıma başladı

12:20 - February 03, 2016
Xəbər sayı: 3480130
Tehran, 03.02.2016 – "Kanal 12" Şiə TV kanalı 01.02.2016-cı il tarixindən "Türk Set" peyk dalğası üzərindən öz proqramlarının yayımına başladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azəri dilində Türkiyədən yayımlanan "Kanal 12" ŞİƏ peyk TV kanalının internet portalı edan etdi: 2015-ci ildə İstambulda təsis edilmiş və indiyədək öz proqramlarını internet üzərindən yayımlayan "kanal 12" şiə TV kanalının əsas hədəfi hər cür radikallıq, ifratçılıq və təfriqəçilikdən uzaq olan İslam maarifini təbliğ etmək və həmçinin TV kanalın proqramlarında Türkiyə və Azərbaycanın milli və mənəvi dəyərlərinə sadiq və vəfadar qalmaqdır.

Bu şiə Tv kanalı Quran və Əhl-Beyt (ə) maarifinə söykənərək İslamı təbliğ edəcək və həmçinin Azəri dilində müxtəlif proqramlar, o cümlədən dialoqlar, müsahibələr, teleseriallar yayımlayacaqdır.

Kanal rəhbərliyinin dediyinə əsasən "Setayeş", "Muxtarnamə", "Yaşıl üzük", "Vəfa", "Göyün nərdivanı", "Sizin üçün də baş verə bilər", "Müslimin tifilləri" və s. İran serialları da bu kanaldan Azəri dilində yayımlanacaqdır.

Teqlər: kanal12 ، şiə tv ، azərbaycan ، türkiyə ، iran
captcha