IQNA

Qurani-Kərimi bolqar dilinə tərcümə edərək müsəlman oldu

15:51 - November 21, 2015
Xəbər sayı: 3455286
Beynəlxalq şöbə: Sofiya Universitetində Klassik Ərəb Ədəbiyyatı fənni üzrə dərs deyən professor Svetan Teofanov bolqar dilinə Quran-Kərimi tərcümə etdikdən sonra müsəlman olub.


IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) «Pak Observer» xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Oksford İslam Araşdırmaları Mərkəzində mütəxəssis, Moskva Şərqşünaslıq İnstitutunda doktorluq edən Teofanov bir çox kitabın müəllifidir. Ancaq həyatını dəyişdirən fəaliyyəti Qurani-Kərimin bolqar dilinə tərcüməsi olub.



"İlk olaraq dövlətə məxsus nəşriyyatın sifarişi ilə Qurani-Kərimi tərcümə etməyə başladım.



Bu sosializm dövründə idi. Əslində müsəlmanlara xidmət etməklə yanaşı, türklərə qarşı assimilyasiya siyasətləri ilə bağlı idi. İşə başlayandan qısa bir müddətdən sonra 1989-ci ildə demokratik keçid oldu, dövlət nəşriyyatı iflas etdi və Qurani-Kərimin bolqar dilinə tərcüməsi də həmin illərdə çap olunmadı. Ancaq mən evdə oturdum və Qurani-Kərimin tərcüməsi üzərində işləməyə davam etdim və həyatım dəyişdi. Məhz həmin vaxt müqəddəs kitabımızı daha yaxşı anlamağa başladım və böyük şövqlə işlədim".



 



Tərcümə işlərinə başlayana kimi, Qurani-Kərimə adi bir kitab gözü ilə baxdığını deyən akademik, vaxt keçdikcə Quranı daha dərin və mətnlər arasındakı mənalarıyla birlikdə anlamağa başladığını bildirib. Universitetdə təfsir və Quran tərcümələrini oxumuşdum, amma tərcümə edərkən onların qəlbini hiss etdim.



Mənim Qurani-Kərimə qarşı səfərim çox uzun davam etdi. Bu yolun sonunda İslamı qəbul etdim və müsəlman oldum".



3455208

captcha