"İQNA", "Sputnik" xəbər agentliyinə istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi İran İslam Cümhuriyyətinin işğal olunmuş ərazilərdəki müəyyən hədəflərə hücumunu özünümüdafiə nümunəsi kimi qiymətləndirib.
Rusiya Xarici İşlər Nazirliyinin bazar günü verdiyi açıqlamada, İranın bu hücumları BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində və Dəməşqdə səfirliyinə edilən hücumlara cavab olaraq həyata keçirdiyi bildirilib.
BMT-nin 51-ci maddəsi BMT-yə üzv dövlətlərə silahlı hücum zamanı özünümüdafiə hüququ verir.
4210431