IQNA

Həcc ziyarətinə gedən zəvvarlar üçün 100 Quran hifzi məclisi keçiriləcək

9:38 - July 02, 2022
Xəbər sayı: 3492488
Məscidül-Həram və Məscidün-Nəbinin rəhbərliyi zəvvarlar üçün 100 Quran hifzi məclisinin keçiriləcəyini açıqlayıb.

"İQNA", "Əl-usbu"-a istinadən xəbər verir ki, bu məclislərdə Səudiyyə Ərəbistanının Qurani-Kərim müəllimləri dərs deyəcəklər. Bu proqram Həcc ziyarəti zamanı zəvvarların fəaliyyətlərinə və xüsusi proqramlarına uyğun olaraq həyata keçiriləcək.

Məscidül-Həram və Məscidün-Nəbinin rəhbərliyi həmçinin Allah Evinin zəvvarları üçün bir neçə dildə broşürlərin nəşri, Allah Evinin qonaqlarına bələdçilik üçün xüsusi proqram və 24 saat şəriət məsələlərinin cavablandırılması kimi digər proqramları da həyata keçirir.

4067781

captcha