"İQNA", "Əl-Məssa"-ya istinadən xəbər verir ki, Əlcəzairin Dini İşlər və Vəqflər Naziri Yusif Bilmehdi deyib ki, Əlcəzair bütün imkanlardan istifadə edərək Allahın kitabına xidmət etmişdir və edir. Quranın tədrisini və bu istiqamətdə keçirilən yarışları inkişaf etdirməyə və dəstəkləməyə çalışır.
Əlcəzairli nazir həmçinin bəyan edib ki, Əlcəzairin Qurani-Kərimə bağlılığının təzahürlərindən biri də yüz il əvvəl Əlcəzairdə nəşr olunan ilk mushəf olan "Rhodian Mushaf"in bir nüsxəsini almasıdır.
O, bildirib ki, Əlcəzairdə 20-yə yaxın əlcəzairli ustadın nəzarəti altında Qurani-Kərimin bu variantının yenidən nəşri prosesi davam edir. O, Əlcəzairin müstəqilliyinin 60 illiyi ərəfəsində hazır olacaq.
Yusif Bilmehdi həmçinin qeyd edib ki, Əlcəzair prezidentinin tapşırığı ilə Quranın korlar üçün Brayl əlifbası ilə əvvəlki variantı köhnəldiyi üçün yeni variantının çapı təkmilləşdirirlir. Bu yeni versiya ərəb və islam dünyasında adi yazı ilə yanaşı Brayl əlifbasını da əhatə edən ilk növ olacaq.
4064904