IQNA

Peyğəmbərə (s) hörmətsizlik etmək əsl terrordur

10:12 - June 08, 2022
Xəbər sayı: 3492364
Əl-Əzhər bəzi Hindistan rəsmiləri tərəfindən Peyğəmbərə (s) hörmətsizlik edilməsini pisləyərək, bu cür davranışın bütün dünyanı ölümcül böhranlara və müharibələrə sürükləyə biləcək əsl "terror" olduğunu vurğulayıb.

İQNA, "Russia Today"-ə istinadən xəbər verir ki, Əl-Əzhər bir bəyanat yayaraq, Hindistanın hakim partiyasının sözçüsününü Peyğəmbərə (s) hörmətsizlik etməsini pisləyib.

Hindistanın hakim partiyasının bəzi üzvlərinin İslami müqəddəsləri hörmətsizlik etməsi bu ölkədə və dünyanın digər bölgələrində müsəlmanların hisslərini oyadıb və ictimai etirazlara səbəb olub.

Əl-Əzhər bu cür davranışın bütün dünyanı ölümcül böhranlara və müharibələrə sürükləyə biləcək əsl "terror" olduğunu vurğulayıb. Buna görə də beynəlxalq ictimaiyyət bu sui-istifadəçilərin təhlükələrinin qarşısını almaq üçün qətiyyətlə və qüdrətlə hərəkət etməlidir.

4062180

captcha