"İQNA", "Bəvabətul-Əhram"-a istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyi məlumat verib ki, məscidlərin tamamilə yenidən açılmasından və fəaliyyətinin bərpasından cəmi bir həftə keçir. Amma uşaqların məscidlərdə yay dərslərinə adlarının yazdırması misilsiz olub.
Misirin vəqflər naziri təlim və tərbiyəni uşağın haqqı adlandırıb və deyib: "Uşağın hüquqları yalnız sağlam qidalanma və bədənin sağlamlığı üçün idmanla məhdudlaşmır. Daha doğrusu, bu, bir neçə aspekti ehtiva edir ki, bunlardan da ən mühümü onun həyatının müxtəlif mərhələlərinə uyğun dəyərlərə, əxlaqa və rasional mədəniyyətə əsaslanan tərbiyədir".
Valideynlər oğlan və qız uşaqlarının bu işə reaksiyaları barədə deyiblər ki, müxtəlif Quran və mədəni tədbirlərin məscidlərdə yenidən keçirilməsinə uşaqlar daha da seviniblər.
4059593