IQNA

Hindistanda Azan proqramı hazırlanacaq

9:58 - May 24, 2022
Xəbər sayı: 3492281
Canlı azan da daxil olmaqla bir neçə funksiyaya malik yeni proqram Hindistanın Maharaştra əyalətində tələbələr tərəfindən hazırlanacaq və tezliklə istifadəyə veriləcək.

İQNA, "Free Press Journal"-a istinadən xəbər verir ki, may ayının sonunadək istifadəyə verilməsi planlaşdırılan "Əl-İslah" proqramı məscidlərin ictimaiyyətə elan və mesajlar çatdırması, vətəndaşların hər hansı problemlərinin həllinə köməklik göstərəcək platforma rolunu oynayacaq. Proqram istifadəyə verildikdən sonra Mumbai Böyük Məscidi tərəfindən istifadə ediləcək.

Maharashtra Kollecinin direktoru Sima Şeyx bu proqramın xüsusiyyətləri haqqında deyib: "Birinci versiyada yalnız məscid elan göndərə bilər, növbəti versiyadan hətta insanlar da öz suallarını göndərə biləcəklər.

O, qeyd edib ki, bu texnologiya təkcə bütün məscidlər üçün deyil, digər dinlərin də istifadəsində olacaq.

4059114

Teqlər: hindistan ، azan ، proqram ، məscid ، mumbai
captcha