Türkiyənin Dini İşlər Nazirliyi tərəfindən uşaqlar, yeniyetmə və cavanlar üçün "Yay Quran Təlimləri" proqramı çərçivəsində Quran hifzi dərslərinə start veriləcək.
Cari ilin İyul ayının 5-də başlayacaq Quran hifzi dərsləri koronavirus pandemiyasına görə sanitariya protokollarına riayət etmək şərti ilə əyani və həm də virtual formatda keçiriləcək.
4-yaşından 22- yaşındək insanların iştirak edə biləcəyi bu dərslər İyul ayının 5-dən Avqust ayının 20-dək davam edəcək.
Dərslərdə iştirak etmək istəyənlər www.diyanet.gov.tr saytı vasitəsi ilə İyul ayının 11-dək qeydiyyatdan keçə bilərlər.
Quran hifzi dərsləri hər il yay tətilində uşaq, yeniyetmə və cavanların boş vaxtlarını faydalı məşğuliyyətə cəlb etmək hədəfi ilə təşkil edilir.
Qeyd edək ki, 4 yaşından 9 yaşınadək uşaqlar dərslərdə təkcə əyani şəkildə iştirak edə bilərlər. Həmçinin əlil uşaqlar da valideynlərinin iştirakı ilə dərslərə qatıla bilərlər. / iqna