IQNA

Fransada hicab qalmaqalı baş verdi

14:29 - June 23, 2021
Xəbər sayı: 3490126
20 iyun tarixində Fransada keçirilən regional və departament seçkilərinin ilk turunda bəzi seçki işçilərinin hicab taxması mübahisələrə səbəb olub.

20 iyun tarixində Fransada keçirilən regional və departament seçkilərinin ilk turunda bəzi seçki işçilərinin hicab taxması mübahisələrə səbəb olub.  

İl-de-Frans bölgəsindəki Vitri-sür-Sen şəhərindəki "Avropa Ekologiyası - Yaşıllar" (EELV) partiyasının müsəlman deputatı Rəşidə Kabburi Val-de-Marn departamentindəki seçki bürosunun sədri olaraq vəzifəsinə başlayıb.  

Kabburinin hicab taxması ilə bağlı şikayət alan Val-de-Marn Valiliyi gənc qadının vəzifəsini seçki qutusu işçisi vəzifəsiylə dəyişib.  

Valilik tərəfindən verilən açıqlamada Kabburinin vəzifə dəyişikliyinə səbəb kimi Fransa seçki qanunlarına görə seçki bürosu rəhbərlərinin dövləti təmsil etdikləri üçün "bitərəflilik" prinsipinə tabe olmalı olduqları göstərilib.  

Kabburi "Le Parisien" qəzetinə verdiyi açıqlamada ağlayacaq həddə ədalətsizlik və təcrid hissi keçirdiyini bildirib. 

captcha