IQNA

Marneulidə Həzrət İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib

9:27 - June 23, 2021
Xəbər sayı: 3490124
Məscidin axundu Vasif Həsənovun aparıcılığı və giriş sözü başlayan mərasim din xadimi Məşədi Tural Həsənovun Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə açıq elan olunub.

Ötən axşam Gürcüstan respublikasının Marneuli şəhərinin Vinisavxoz kəndində şiələrin səkkizinci məsum rəhbəri Həzrət İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib.

Həzrət İmam Rza (ə) adına məscidin həyətində təşkil olunan mərasimdə yerli müsəlmanlar və din xadimləri iştirak edib.

Məscidin axundu Vasif Həsənovun aparıcılığı və giriş sözü başlayan mərasim din xadimi Məşədi Tural Həsənovun Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə açıq elan olunub.

Tədbirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, İdarənin (BGMİ) bölgə üzrə nümayəndəsi Hacı Qurban Murquzov, dəyərli ruhanilərdən Elçin Daşdanov və başqaları çıxış edib. Çıxış edənlər  öncə qonaqları salamlayaraq İmamın (ə) təvəllüdü münasibəti ilə təbrik ediblər. Sonra  İmam Rzanın (ə) örnək insani keyfiyyət, xüsusiyyət və fəzilətlərindən və ibrətli kəlamlarından danışıblar.

Mərasim boyunca Əhlibeyt məddahı Səid Həsən şeir, mədhiyyə və ilahilər ifa edərək məclisə xoş və mənəvi abu-həva bəxş edib.

Tədbirin sonunda Quran və dini bilgilər kursunla iştirak edən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub. /oxuinfo.com

Marneulidə Həzrət İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib

Marneulidə Həzrət İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib

Marneulidə Həzrət İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib

 

Teqlər: İmam rza ، təvəllüd ، marneuli
captcha