IQNA

İƏT 500 fələstinli tələbənin təhsil xərclərini ödəyəcək

13:10 - June 22, 2021
Xəbər sayı: 3490120
İƏT Elmi və Texniki Əməkdaşlıq Ümumi Komitəsinin Koordinatorunun verdiyi məlumata görə, İƏT gələn iki il ərzində fələstinli gənclərin Pakistan universiterlərində təhsil haqlarını öz üzərinə götürüb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İslami Əməkdaşlıq Təşkilatı (İƏT) 500 Fələstinli gəncin Pakistan ali elm ocaqları və universitetlərində təhsil almasının xərclərini ödəyəcək.

İslami Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texniki Əməkdaşlıq Ümumi Komitəsinin Koordinatoru İqbal Çudəri bu barədə məlumat verərək deyib ki, İƏT glən iki il ərzində fələstinli gənclərin Pakistan universiterlərində təhsil haqlarını öz üzərinə götürüb.

Bakalavr və magistratura pillələrində təhsil alan tələbələr üçün nəzərdə tutulan yeni 500 nəfərlik təhsil xərclərinin ödənilməsi Pakistan üçün ayrılmış illik 100 nəfərlik təhsil xərclərinin ödənilməsindən ayrı hesablanacaq.  

Büdcəsi hər nəfər üçün ən azı 13 dollar civarında olacaq bu layihə Pakistanın 24 xüsusi və 14 dövlət universitetində icra ediləcəkdir.

Tələbələrin seçilməsində Fələstinin Pakistandakı səfirinin də iştirakı olacaqdır. O, Pakistanın təhsil müəssisələrində fələstinli gənclər üçün təhsil şəraitinin yaradıldığına görə təşəkkür edərək deyib: Təhsil üçün ayrılmış yeni büdcənin fələstinli gənclər üçün çox faydalı olacağını düşünürəm.  

Qeyd edək ki, İslami Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texniki Əməkdaşlıq Ümumi Komitəsi (COMSTECH) 1981-ci ildə Məkkə iclasında OİC-ə üzv olan 57 ölkə tərəfindən təşkil edilmişdir.

Bu komitənin əsas işi İslami Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında elm və texnologiya gücünü inkişaf etdirməkdir. / iqna

Teqlər: fələstin ، pakistan ، iət ، təhsil
captcha