IQNA

Quran kitabəti festivalına göndərilmiş əsərlərin qiymətləndirilməsi başlayıb

23:01 - June 20, 2021
Xəbər sayı: 3490105
Qurani-Kərimin gözəl xətt (hüsnxətt) nümunələrindən biri ilə kitabət edilməsi festivalında iranlı incəsənətçilərinin hazırladığı 243 əsər iştirak edir.

Cari həftənin Şənbü günü, 19 İyun 2021-ci il, İran İslam Respublikasının "Universitet ustadları və tələbələrinin Quran təşkilatı"ın təşəbbüsü ilə keçirilən Qurani-Kərimin hüsnxətlə kitabəti festivalına göndərilmiş əsərlərin qiymətləndirilməsi mərhələsi başlayıb.

Qurani-Kərimin gözəl xətt (hüsnxətt) nümunələrindən biri ilə kitabət edilməsi festivalında iranlı incəsənətçilərinin hazırladığı 243 əsər iştirak edir.

Festivalda iştirak edən müxtəlif mövzuda işlənmiş əsərlərə İranın tanınmış hüsnxətt ustadları hakimlik edəcək.

Festivala göndərilmiş əsərlər nəstəliq, şikəstə, nəsx və süls hüsnxətt növləri ilə kitabət edilmişdir.

Qeyd edək ki, tələbələr arasında elm, mədəniyyət, incəsənət və media sahəsində Quranmərkəzli əlaqələr yaradılması hədəfi ilə keçirilən festival çərçivəsində tələbələrə 37 saat nüsnxətt dərsləri tədris edilib.  / iqna

آغاز داوری جشنواره کتابت قرآن کریم/ ۲۴۳ اثر ارزیابی می‌شود

آغاز داوری جشنواره کتابت قرآن کریم/ ۲۴۳ اثر ارزیابی می‌شود

آغاز داوری جشنواره کتابت قرآن کریم/ ۲۴۳ اثر ارزیابی می‌شود

captcha