IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Axar.az-a istinadən xəbər verir ki, azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilməyəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydalarında bildirilib.